Sürücüsüz hərəkət edən tramvay qorxulu anlar yaşatdı - VİDEO

Rusiyanın Barnaul şəhərində faciənin astanasından dönülüb. Belə ki, içərisində sürücü olmayan tramvay öz-özünə hərəkət edib.
Redaktor.az bildirir ki, bu barədə “Life Shot” “Telegram” kanalı kadrlar yayıb.
Video həmin vaxt o yolda hərəkət edən avtomobilin qeydiyyat kamerası tərəfindən qeydə alınıb. Kadrlarda sürücünün içi sərnişinlə dolu ictimai nəqliyyatın ardınca qaçdığı görünür.
Sonda o, kabinəyə tullana bilib.
Hadisə nəticəsində zərərçəkənin olmadığı deyilir. //Oxu.az