ABŞ miqrantların yerləşdirməsi üçün 86 milyon dollar ayırıb

ABŞ rəhbərliyi ölkənin Meksika sərhədinə yaxın otellərində təxminən 1,2 min qanunsuz miqrantın yerləşməsi üçün 86 milyon dollar ayırıb.
Redaktor.az-ın məlumata görə, miqrantlar Arizona və Texas ştatlarındakı otellərdə yerləşdiriləcəklər.
Bildirilir ki, ABŞ hökuməti ölkənin cənub sərhədlərindən gələn qanunsuz miqrant axını problemi ilə üzləşib. //Trend.az