Türkiyədə zəlzələ olub

 09:22 21.03.2021     129

Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:50-də 4,6 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 8,3 kilometr dətinlikdə yerləşib.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur. //Report.az