PDSVA neft şirkətində partlayış olub

PDSVA neft şirkətinin Venesuelanın El-Tehero şəhərində (Monaqas ştatı) yerləşən müəssisəində partlayış baş verib.
Redaktor.az-ın məlumata görə, hadisə ilə əlaqədar yaxınlıqdakı rayonların sakinləri təxliyə edilib.
Venesuelanın sənaye və milli istehsal naziri Tarek El-Ayssami partlayışı terror aktı adlandırıb. Nazir bildirib ki, hazırda partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur:
"Hakimiyyət partlayışın nəticələrini aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görür".
Partlayışın səbəbi açıqlanmır. //Trend.az