İranda daha 73 nəfər koronavirusdan ölüb

 15:13 21.03.2021     472

İranda son sutkada koronavirusa 7260 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, ölkədə daha 73 nəfər COVID-19-dan ölüb.

İranda koronavirusa yoluxanların ümumi sayı  1 801 065, ölənlərin sayı isə 61 797 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az