FƏLAKƏT: Evlər, avtomobillər su altında qaldı - FOTO

Avstraliyanın şərq sahillərində həftə sonu yağan yağışlar daşqınlara səbəb olub.
Redaktor.az xəbər verir ki, leysan və güclü fırtına Cənubi Uels bölgəsində dağıntılar törədib, minlərlə sakin təxliyə edilib. Evlər, avtomobillər su altda qalıb.
Əyalətin valisi Qledis Bereyiklian selin fəsadlarından danışaraq Sidneyin şimal-qərbinin daha çox zərər gördüyünü, bu hadisənin son 20 ildə ölkədə ən böyük fəlakət olduğunu dilə gətirib.
Minlərlə insan təhlükəli yerlərdən uzaqlaşdırılıb. Küçələr, yollar su altında qaldığına görə yararsız vəziyyətə düşüb.
Digər 13 ərazidə daşqın təhlükəsi yaranıb, sakinlərə xəbərdarlıq olunub.
Orxan İsmayıl / Redaktor.az


