"Saudi Aramco" neftə tələbətın artacağını proqnozlaşdırır

 17:02 21.03.2021     493

"Saudi Aramco" şirkətinin baş direktoru Amin Nasser 2021-ci ildə neftə tələbətın artacağını gözləyir.

Redaktor.az-ın məlumatına görə, bu barədə A.Nasser brifinqdə çıxışı zamanı deyib.

Baş direktor bildirib: "İqtisadi dirçəliş əlamətlərinin olmasından məmnunuq. Bütün dünyadakı hökumətlər və hakimiyyətlər iqtisadiyyatları yenidən açdıqca bunun davam edəcəyini gözləyirik".

A.Nasser qeyd edib ki, "Saudi Aramco"nun fövqəladə vəziyyətlərə reaksiya və hər hansı bir hücuma qarşı müqavimət planları var. O əlavə edib ki, martın 19-u yəmənli husilərin hücumuna məruz qalan və alışan neft emalı zavodu bir neçə saat ərzində bərpa edilməyə başlayıb. //Trend.az