ABŞ müdafiə naziri Əfqanıstana səfər edib

 18:36 21.03.2021     119

Bu gün ABŞ müdafiə naziri Lloyd Ostin Əfqanıstana gözlənilməz səfər edib.

Redaktor.az-ın məlumatına görə, L. Ostin Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə görüşüb.

Əfqanıstan Prezidentinin dəftərxanası görüşün detalları ilə bağlı hər hansı məlumat açıqlamayıb.

Xatırladaq ki, ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi ötən il fevralın 29-da Qətərin paytaxtı Dohada imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəyi barədə zəmanət verib.

ABŞ Prezidenti Co Bayden isə bu yaxınlarda ABC telekompaniyasına müsahibəsində amerikalıların bu ölkədən mayın 1-dək çıxarıla biləcəyini, lakin dəqiq müddət barədə son qərarın qəbul olunmadığını bildirib. //APA