Almaniyadan Azərbaycana aviareyslər bərpa ediləcək

 07:31 22.03.2021     267

“Lufthansa” hava yolları şirkəti Frankfurt-Tbilisi-Bakı müntəzəm marşrutu üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır.

Redaktor.az bildirir ki, bu barədə “Sputnik” məlumat  yayıb.

Məlumata əsasən, təyyarə reyslərinin iyun ayının 1-dən etibarən həyata keçiriləcəyi gözlənililir. Uçuşların həftənin çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günlərinə təsadüf edəcəyi bildirilir.

Xatırladaq ki, ölkəmizdə karantin məhz iyunun 1-dək uzadılıb. //Oxu.az