Avstraliya siçanların hücumuna məruz qalıb - VİDEO

 10:17 22.03.2021     496

Avstraliyada təbii fəlakətlər ard-arda gəlməkdə davam edir.

Redaktor.az məlumat verir ki, bu dəfə uzaq qitə siçanların kütləvi hücumuna məruz qalıb.

Milyonlarla gəmirici ölkədəki əkin sahələrinə daraşıb. Yerli fermerlər ziyanvericilərin taxıl və digər məhsulları məhv etdiyini bildirib. Onlar səlahiyyət sahiblərindən yaranmış problemə çarə tapmağı tələb ediblər. //Oxu.az