Gürcüstanda daha 170 nəfər yoluxub - COVID-19

 11:08 22.03.2021     781

Gürcüstanda son sutkada koronavirusa 170 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 10 nəfər COVID-19-dan ölüb.

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 277 650, ölənlərin sayı isə 3 710 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az