İnsanlar nə vaxta qədər maska taxmalı olacaqlar?

 12:59 22.03.2021     984

"İnsanlar hələ uzun illər maska taxmalı və sosial məsafəni qoruyub saxlamalı olacaqlar".

Redaktor.az xəbər verir ki, belə bir proqnozu İngiltərənin ictimai səhiyyə departamentinin immunizasiya bölməsinin rəhbəri Meri Ramzi bildirib.

Onun sözlərinə görə, insanlar artıq maska və sosial məsafəni qoruyub saxlamağa öyrəşib. Əlavə edib ki, bu hallar iqtisadiyyata mənfi təsir göstərmir. //Milli.Az