Türkiyədə dollar yenidən bahalaşıb

 13:10 22.03.2021     1042

Türk lirəsi prezident Tayyib Ərdoğanın Mərkəzi Bankının rəhbərinin dəyişdirilməsi qərarından sonra Asiya ticarət bazarlarında 17 % azalıb

Redaktor.az-ın məlumatına görə, ABŞ dolların türk valyutasına qarşı məzənnəsi cümə günü 7,22 lirədən 8,34 lirəyə yüksəlib və ötən ilin noyabr ayında göstərilən tarixi minimumu az qala yeniləyəcəkdir.

Xatırladaq ki, martın 18-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 17 %-dən 19 % -ə qaldırıb. Bundan sonra Ərdoğan tənzimləyicinin rəhbəri Naci Ağbalı istefaya göndərmişdi. Mərkəzi Bankın yeni sədri əvvəllər faiz artımına qarşı mətbuatda çıxış edən Şahap Kavdjioğlu oldu. Bununla da, o, 20 ayda Mərkəzi Bankın rəhbəri vəzifəsinə təyin olunan dördüncü şəxs olub. //Report