Putinin şok "Ölüm siyahısı" üzə çıxdı - Agnetlərə məxfi tapşırıq...

Rusiya prezidenti Vladimir Putinin "Ölüm siyahısı" tərtib etdirdiyi iddia olunur.
Redaktor.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən rusiyalı agent açıqlama verib. O, Putinin gücünü siyasi rəqiblərinə sübut etmək üçün bu üsuldan istifadə etdiyini dilə gətirib. "Ölüm siyahısı"na İngiltərədə yaşayan 6 nəfər daxildir.
Agent siyahıda Bill Broderin, keçmiş MI6 əməkdaşı Kristofer Stilin də yer aldığını iddia edib. O, həmçinin Rusiyanın “Meşə” adı ilə tanınan kəşfiyyat xidməti SVR-ə Mixail Xodorkovskini aradan götürməklə bağlı təlimat verildiyini də bildirib.
Sözügedən şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətində (FSB) çalışır.
Agentin bu açıqlamasının İngiltərə Baş naziri Boris Consonun Rusiyanı "İngiltərə üçün ən ciddi təhdid" olaraq xarakterizə etməsindən sonra yayılması da diqqət çəkib.
Orxan İsmayıl / Redaktor.az