Ermənistanın 2 hərbçisi itkin düşüb

 16:00 22.03.2021     111

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin 2 müddətdən artıq hərbi qulluqçusu itkin düşüb.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, hərbçilərlə əlaqənin kəsilməsinə səbəb güclü çovğun olub. Belə ki, onlar bir postdan digər posta keçərkən itkin düşüblər.

Qeyd olunub ki, çovğunun davamlı olması axtarış-xilasetmə işlərin aparılmasını əngəlləyir. //Report.az