Polşada avtobus qəzası: Ölən və xəsarət alanlar var

 16:07 22.03.2021     473

Polşada Ukrayna vətəndaşlarını aparan avtobusun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Redaktor.az bildirir ki, hadisə Vroslav şəhərində qeydə alınıb. Ölkənin cənub-şərqindəki A4 magistralında avtobus yoldan çıxaraq aşıb.

Yaralılar xəstəxanaya aparılıb.

Fakt araşdırılır.

Orxan İsmayıl / Redaktor.az