NATO-nun növbəti sammiti Brüsseldə keçiriləcək

 18:09 22.03.2021     90

NATO-nun növbəti zirvə görüşü 2021-ci ildə Brüsseldə keçiriləcək, lakin görüşün dəqiq tarixi və formatı hələ müəyyənləşdirilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq deyib.

“NATO-nun dövlət və kökumət başçıları bu ilin sonunda Brüsseldə bir araya gələcəklər. Artıq ABŞ Prezidenti Co Bayden ilə danışdım və o, NATO müttəfiqləri ilə görüşməyi səbirsizliklə gözlədiyini təsdiqlədi. Sammitin formatına və tarixinə gəlincə, bu hələ razılaşdırılır”, - Yens Stoltenberq əlavə edib.

Qeyd edək ki, əvvəlki zirvə görüşü ötən ilin sonu Londonda keçirilib. //Report