Rusiyada koronavirusun 20-dən çox variantı aşkarlanıb

 19:11 22.03.2021     309

“Rusiyada Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammına 50-dən çox yoluxma halı aşkar edilib”.

Redaktor.az-ın məlumatına görə, bunu “Vektor” mərkəzinin baş direktoru Rinat Maksyutov bildirib.

O qeyd edib ki, ölkə ərazisində Cənubi Afrika Respublikasında aşkar edilmiş 501y.V2 ştammına üç yoluxma və dərindən araşdırma tələb edən virusun 20-dən çox unikal variantı aşkar edilib.

Qeyd edək ki, koronavirusun VOC-202012/01 növü ötən ilin sentyabr ayında Böyük Britaniyada ortaya çıxıb. Cənubi Afrika Respublikasında 501y. V2 ştammı ötən ilin avqust ayının əvvəlindən mövcuddur, Braziliya və Yaponiyada isə P. 1 ştammı 2020-ci ilin dekabr ayından yoluxanlar arasında qeydə alınıb. //Report

Vumart və Güvən reklamı Vumart Güvən