Çinin Xarici İşlər naziri İrana səfər edəcək

Çin Xarici İşlər naziri Vanq Yi İrana səfər edəcək.
Redaktor.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin Mətbuat katibi Səid Xətibzadə bildirib.
Onun sözlərinə görə, Çin XİN başçısı martın 26-27-də Tehranda səfərdə olacaq.
Vanq Yi İrana səfəri çərçivəsində iranlı həmkarı Cavad Zərif və İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Görüşdə İran və Çin arasında strateji tərəfdaşlıq, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.