Çində torpağı alınan şəxs partlayış törədib - FOTO

Çinin Quançjou şəhərində partlayış törədilib.
Redaktor.az xəbər verir ki, bu barədə yerli polis məlumat verib.
Polisin verdiyi məlumata görə, partlayış yerli vaxtla səhər saat 10-da (Bakı vaxtı ilə 16:00 - Red) baş verib.
Torpağı alınan 59 yaşlı şəxs yerli kənd komitəsinin iclasının keçirildiyi binaya partlayıcı qurğu gətirərək onu işə salıb. Partlayış nəticəsində beş nəfər ölüb, beş nəfər yaralanıb.
Yaralılar xəstəxanaya aparılıb. //Report
