Rusiyada qar uçqununda uşaq ölüb - YENİLƏNİB

 22:13 22.03.2021     136

Rusiyada Murmansk vilayətinin Oleneqorsk rayonunda baş verən qar uçqunu nəticəsində 2008-ci il təvəllüdlü uşaq ölüb.

Redaktor.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Digər 15 turistin tibbi yardıma ehtiyacı yoxdur. Fövqəladə hadisə yerinə bir it heyəti, 18 xüsusi avadanlıq və 11 qar motosikleti də daxil olmaqla 53 xilasedici cəlb edilib.

Qeyd olunu ki, 16 nəfərdən ibarət olan turstik qrupun 13-ü yetkinlik yaşına çatmayanlardır.

Hadisə İmandra stansiyasından 5 km aralıqda, Murmansk vilayətinin xizək marşrutlarının keçdiyi Monçeqorsk və Oleneqorsk bölgələrinin sərhədində baş verib.

 

20:41

Rusiyada Murmansk vilayətinin Oleneqorsk rayonunda qar uçqunu olub, qarın altında on beş nəfərin qaldığı ehtimal edilir.

Redaktor.az xəbər verir ki, bu barədə “TASS”a Oleneqorskun rəhbəri Oleq Samarski bildirib.

“İlkin məlumata görə, qarın altında 15 nəfərdən ibarət turist qrupu qalıb. Onların hansı yolla getdikləri hələ bəlli deyil. Xilasedicilər ərazidə işləyirlər”, - deyə o bildirib. //Report