Bundestaqın deputatı təyyarədə vəfat edib

 21:01 22.03.2021     276

Almaniyanın CDU partiyasından Bundestaqın üzvü Karin Ştrents Kubadan Almaniyaya qayıdarkən təyyarədə vəfat edib.

Redaktor.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Parlamentari 53 yaşında idi.

Həmkarı Laut Reberqin sözlərinə görə, K.Ştrents uçuş zamanı huşunu itirib. Bu səbəbdən, təyyarə İrlandiyanın Dublin şəhərində təcili eniş edib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.