ÜST koronavirusun ortaya çıxmasının yeni səbəbini açıqlayıb

 21:19 22.03.2021     83

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-un ortaya çıxmasının yeni səbəbini açıqlayıblar.

Redaktor.az bildirir ki, bu barədə “Bloomberg” xəbər verir.

Agentliyin məlumatına görə, gələn həftə bununla bağlı hesabatın yayımlanması gözlənilir.

ÜST-ün materiallarına görə, COVID-19-un meydana çıxmasına Çində heyvan ticarəti təsir edə bilər. İddialara görə, mütəxəssislər koronavirusla Ağır Kəskin Tənəffüs sindromu (SARS) yaradan virus arasında oxşarlıq tapıblar. Əvvəlcə onun daşıyıcıları yarasalar olub, insanlara isə kiçik məməlilər tərəfindən ötürülüb.

“Hələ tamamlanmayan işin bu mərhələsində gəldiyimiz əsas nəticəyə görə yeni koronavirus elə SARS-ın yarandığı yolla ortaya çıxıb”, - deyə ÜST-ün rəhbərliyi altında Uhana səfər edən britaniyalı zooloq Piter Dazsaka bildirib.