Pandemiya Almaniyanın dövlət borcunu artırıb

 21:57 22.03.2021     71

Almaniyanın dövlət borcu 2022-ci ildə 81,5 milyard avro məbləğində artacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə DPA agentliyi gələn il üçün büdcə layihəsi hazırlayan Almaniyanın Maliyyə nazirliyindəki mənbələrə istinadla xəbər verib.

2021-ci ildə isə pandemiyanın iqtisadi və sosial nəticələri səbəbindən Almaniyanın dövlət borcu 179,8 milyard avro artacaq.

Qeyd edək ki, ötən ilin sonunda rəsmi Berlinin dövlət borcu 218 milyard avro təşkil etmişdi. Bu da Almaniya tarixində ən böyük məbləğdir. Normal vaxtlarda Almaniya illik ÜDM-nin 0,35 % -dən çox olmayan borc almırdı. Bu qayda parlamentin xüsusi qərarı ilə pandemiyanın birinci və ikinci dalğaları müddətinə dayandırıldı.

Almaniyada karantin rejimi 2020-ci ilin noyabrından etibarən qüvvədədir. Qışda ərzaq mağazaları xaricində demək olar ki, bütün obyektlər bağlanıb. //Report