Britaniyada ölüm sayı aşağı düşüb - COVID-19

 22:22 22.03.2021     442

Böyük Britaniyada son sutka ərzində 5342 nəfər koronavirusa yoluxub. Bu sentyabrdan bəri ilk dəfə qeydə alınan sutkalıq ən aşağı göstəricidir.

Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,301,925 nəfərə çatıb. 

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 17 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126,172 nəfərə çatıb. //APA 

Vumart və Güvən reklamı Vumart Güvən