COVID-19: Türkiyədə yoluxanların sayı 3 milyonu ötüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 117 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22,216 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 19,494 nəfər sağalıb, ağır xəstə sayı isə 1644 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 3,035,338 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2,844,681 nəfər sağalıb, 30,178 nəfər isə ölüb.