Almaniyada karantin uzadılıb

 09:25 23.03.2021     159

Almaniya kansleri Angela Merkel və federal əyalətlərin rəhbərləri karantin rejiminin 18 aprelə qədər uzadılması barədə razılığa gəliblər.

Redaktor.az-ın məlumata görə, kansler koronavirus mutasiyalarının ciddi təhlükə olaraq qaldığını bildirib: "Daha çox yoluxucu olan "Britaniya" ştammı əslində yeni bir virusdur".

Hazırda Almaniyada karantin qışdakı kimi sərt deyil. Məktəblər, uşaq bağçaları, bərbərxana, gözəllik salonları, çiçək və kitab mağazaları açıqdır.

Xəstəliyə yoluxanların sayındakı artım yanvar və fevral aylarında azalsa da, mart ayından göstəricilər yenidən artmağa başlayıb. //Trend.az