"Rusiyan AB-yə qarşı istiqamət götürüb" - Borrell

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Rusiyanın AB-yə qarşı çıxmaq istədiyini bildirib.
Redaktor.az xəbər verir ki, o bunu mətbuat konfransında deyib.
“Aydındır ki, Rusiya Avropa Birliyi ilə qarşıdurmaya doğru istiqamətlənib”, - deyə Borrell bildirib.
O, həmçinin Moskvanın Brüsseldən “getdikcə daha çox" uzaqlaşdığı fikrini də irəli sürüb. Onun sözlərinə görə, Rusiya ilə münasibətlər məsələsi gündəmdə qalacaq və həftənin sonunda yenidən Avropa Şurasında qaldırılacaq. //APA