Qvineya körfəzində 6 ton kokain saxlanılıb

Fransa Hərbi Dəniz Qüvvələri Qvineya Körfəzində bir gəmidə 6 ton kokain aşkarlayıblar.
Redaktor.az-ın məlumatına görə, əməliyyat Fransa və Hollandiyanın kəşfiyyat xidmətləri tərəfindən əldə edilən məlumatlar əsasında 21 mart tarixində keçirilib. Fransız donanmasının desant gəmisi "Dixmude" Sent-Kits və Nevis bayrağı altında üzən "Nijlan" yük gəmisini dayandırıb və gövdəsində 6 ton kokain aşkarlayıb.
Bildirilir ki, gəmi bir neçə gün əvvəl Cənubi Amerika limanlarının birindən yola düşüb və yol boyu xüsusi sidmət orqanlarının nəzarəti altında olub. Gəminin saxlanılması qərarıAfrika sahilləri yaxınlığında Qvineya körfəzindən keçərkən verilib. //Trend.az