Gürcüstanda daha 528 nəfər yoluxub - COVID-19

 11:59 23.03.2021     1020

Gürcüstanda son sutkada koronavirusa 528 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 4 nəfər COVID-19-dan ölüb.

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı  278 178, ölənlərin sayı isə 3 714 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən