Son sutkada yoluxma 8457 nəfərə çatıb - Operativ Qərərgah açıqladı...

 12:30 23.03.2021     1112

Rusiyada son sutka ərzində daha 8457 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Redaktor.az xəbər verir ki, APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 474 610 nəfərə çatıb.

Son sutka ərzində 427 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 95 818 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.