Supermarketə silahlı hücum: Çoxlu sayda ölən var / VİDEO

 15:34 23.03.2021     596

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində baş verən silahlı hücum zamanı biri polis olmaqla, 10 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərdə yerləşən supermarketdə qeydə alınıb. Hücum edən silahlı şəxs yaralı halda tutulub.

Qeyd edək ki, ABŞ-da son bir həftə ərzində bir neçə oxşar hadisə yaşanıb. 

Ərazidə çəkilmiş görüntüləri təqdim edirik:

Orxan İsmayıl / Redaktor.az