Gürcüstan sabah “Pfizer” peyvəndi əldə edəcək

 17:45 23.03.2021     318

Sabah Gürcüstana koronavirusa qarşı 29 250 dozadan ibarət “Pfizer” vaksininin çatdırılacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə UNICEF-in Gürcüstan nümayəndəliyindən bildirilib.

Məlumata əsasən, preparatlar ABŞ-dan tədarük ediləcək.

Xatırladaq ki, qonşu ölkə martın 13-də 43 200 dozalıq “AstraZeneca” preparatı idxal edib. Aprel ayında daha 86 400 doza vaksinin tədarükü gözlənilir. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən