Dünyada COVID-19-dan sağalanların SAYI

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalanların sayı 100 milyonu ötüb.
Redaktor.az-ın verdiyi xəbərə görə, dünyada koronavirusdan sağalanların sayı 100,369,788 nəfərə çatıb.
Koronavirusa yoluxan 21,288,718 nəfərin müalicəsi isə davam edir.
Ümumilikdə dünyada 124,396,254 nəfər COVID-19-a yoluxub, koronavirusa yoluxan 2,737,748 nəfər ölüb. //APA