ABŞ-da koronavirusla bağlı SON VƏZİYYƏT

 19:43 23.03.2021     320

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 50 584 yoluxma halı qeydə alınıb, 590 nəfər vəfat edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə məlumatı Con Hopkins Universiteti yayıb. 

Bununla da ABŞ-da koronavirusa yoluxanların sayı 29,870,135 nəfərə çatıb. 

ABŞ-da indiyədək COVID-19-dan 542,993 nəfər ölüb. //APA