Nur-Sultan hava limanı müvəqqəti bağlanıb

 21:24 23.03.2021     353

Qazaxıstanın paytaxtı Nur-Sultanda davam edən çovğun və güclü külək hava nəqliyyatının da işinə əngəl törədib.

Redaktor.az xəbər verir ki, çovğunlu hava şəraiti ilə əlaqədar olaraq beynəlxalq hava limanı qar təmizlənməsi səbəbindən uçuş zolağının bağlanması bu gün saat 00:00-a qədər uzadılıb.

Daha əvvəl, hava limanında bir uçuşun ləğv edildiyini, iki reysin isə Almatıdakı alternativ hava limanına köçürülməsi haqda məlumat verilmişdi. //Qafqazinfo

 

Vumart və Güvən reklamı Vumart Güvən