Putin koronavirus əleyhinə peyvənd edilib

 22:15 23.03.2021     343

Rusiya Federasiyasının prezidenti Vladimir Putin koronavirus əleyhinə peyvənd edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, dövlət başçısı özünü yaxşı hiss edir.

"Putin koronavirus əleyhinə peyvənd edildi. Özünü yaxşı hiss edir. Sabah onun mükəmməl iş günüdür", - Peskov deyib.