"Daha az səfər edib, süni ət yeyəcəm" - Bill Qeyts

 02:15 24.03.2021     108

"Microsoft"un qurucusu Bill Qeyts maraqlı açıqlaması ilə diqqət çəkib.

Redaktor.az bildirir ki, son bir neçə ildir qlobal iqlim dəyişikliyi ilə mübarizə aparan milyonçu 126 milyard dollar sərvətini də bunun üçün sərf edəcəyini bildirib.

Bill sosial paylaşım platforması "Reddit"də ona ünvanlanan sualları cavablandırarkən qəribə etiraflar edib.

O, bundan sonra təyayrə ilə daha az səfər edəcəyini və süni ət yeyəcəyini bildirib:

“Hazırda elektriklə çalışan avtomobildən istifadə edirəm. Evimdə elektrik əldə etmək üçün günəş panelləri var.  Evlər də təbii qazların istifadəsini azaltmaq üçün yardımlar edirəm”.

Milyonçu dünyada  kütləvi çəkildə ət istehlakının iqlim dəyişikliyinə mənfi təsir etdyini və bir kilo ət üçün 15 litr su işləndiyini deyib. //Axşam.az