Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu gün 138 nəfər pandemiyadan vəfat edib. Gün ərzində 26,182 nəfərin koronavirus testi müsbət çıxıb. Sağalanların sayı isə 19,201 nəfər olub.
Qeyd edək ki, Türkiyədə COVID-19 səbəbindən vəfat edənlərin sayı isə 30,316 nəfərə çatıb. Ümumi yoluxanların sayı 3 milyon 61 min 520 nəfərdir.