Çində güclü zəlzələ olub

 09:04 24.03.2021     282

Çərşənbə günü Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Bölgəsində 5.4 bal gücündə zəlzələ qeydə alınıb. 

Redaktor.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 

Zəlzələnin episentri 360 min insanın yaşadığı Hoçen şəhərindən 252 km cənub-şərqdə yerləşib. 

Yeraltı təkanın ocağı isə 30 km dərinlikdə olub. 

İtki və dağıntı barədə məlumat verilməyib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən