Bayden ilk dəfə Aİ-nin onlayn-sammitində iştirak edəcək

 09:37 24.03.2021     109

Avropa Şurasının rəhbəri Şarl Mişel ABŞ Prezidenti Cozef Baydeni ilk dəfə Avropa İttifaqının sammitində iştirak etməyə dəvət edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ş.Mişel özünün "Twitter" səhifəsində yazıb.

Avropa Şurasının rəhbəri bildirib: "Mən ABŞ prezidentini gələcək əməkdaşlığımızla bağlı görüşünü bizimlə bölüşməsi üçün sammitimizə qatılmağa dəvət etdim. Transatlantik ittifaqımızı yenidən qurmağın vaxtı gəldi!".

Ş.Mişelin mətbuat katibi Barend Leys öz növbəsində bildirib ki, C.Bayden martın 25-i ABŞ-Aİ arasında ikitərəfli əməkdaşlığa həsr edilmiş onlayn-sessiyada iştirak edəcək.

Qeyd edək ki, Avropa İttifaqının sammiti yeni koronavirusa (COVİD-19) pandemiyasının üçüncü dalğası ilə əlaqədar 25-26 mart tarixlərində videokonfrans formatında keçiriləcək. //Trend.az