Braziliyada rekord ölüm qeydə alınıb - COVID-19

 10:36 24.03.2021     388

Braziliyada son gün ərzində koronavirusa 82 493 yoluxma faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 3 251 nəfər COVID-19-dan ölüb. Bu isə rekord göstəricidir.

Braziliyada koronavirusa yoluxanların ümumi sayı 12 130 019, ölənlərin sayı isə 298 676 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az