İranda ölənlərin sayı 62 mini ötüb - COVID-19

İranda son sutkada koronavirusa 7 605 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə 94 nəfər COVID-19-dan ölüb.
İranda koronavirusa yoluxanların ümumi sayı 1 823 317, ölənlərin sayı isə 62 045 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az