Ermənistanda Seçki Məcəlləsinə dəyişiklik olunacaq

 18:59 24.03.2021     187

Ermənistan parlamentinə növbədənkənar seçkilər Seçki Məcəlləsinə dəyişiklikdən sonra keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

“Parlament çoxluğu seçkilərin reytinq əsasında deyil, proporsional sistemlə keçirilməsi haqqında qərar qəbul edib”, - Paşinyan deyib.

Bununla əlaqədar olaraq, “Mənim addımım” Seçki Məcəlləsinə dəyişikliklər təşəbbüsü ilə çıxış edir. Baş nazir parlament qüvvələrinin Seçki Məcəlləsi ilə bağlı deyil, seçkilərin keçirilməsi barədə razılığa gəldiklərini bildirib.

Qeyd edək ki, daha əvvəl Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini bildirib. //Qafqazinfo