Türkmənistan Prezidenti yeni mahnı yazıb

 21:30 24.03.2021     349

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov nəvəsiylə birlikdə yeni mahnı yazıb.

Redaktor.az-ın məlumatına görə, musiqi parçası “Mənim ağ şəhərim - Aşxabad” adlanır.

Mahnının sözlərinin müəllifi dövlət başçısı özüdür. Onun musiqisini isə nəvəsi Kərim Berdımuhəmmədov bəstələyib. Mahnı prezidentin Aşxabad adlı atının dünyaya gəlməsi münasibətilə yazılıb.

Musiqi nümunəsinin təqdimatı Axaltəkə atçılıq kompleksinin baş təlimatçısının mükafatlandırılma mərasimində baş tutub.

Qeyd edək ki, Türkmənistan Prezidenti bir sıra mahnıların müəllifidir. Hələ 2018-ci ildə o, “Arzu” adlı musiqi parçasını müxtəlif dillərdə ifa edib. //Oxu.az