Ağ Ev ABŞ hökumətinin adının dəyişdirilməsini tələb edib

Ağ Ev ABŞ hökumətini rəsmi olaraq “Bayden-Harris administrasiyası” adlandırmağı tələb edib.
Redaktor.az-ın məlumatına görə, bu barədə “Fox News” telekanalının efirində aparıcı Taker Karlson məlumat verib. O qeyd edib ki, ölkə tarixində analoji qərar heç vaxt olmayıb və bu, prezidentin hakimiyyəti vitse-prezidentlə bölmək niyyətini nümayiş etdirir.
“Belə olan halda sual yaranır. Dövləti həqiqətən kimi edir? Sükanın arxasından kimdir?”, - deyə teleaparıcı bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Co Bayden səhvən Kamalla Harrisi prezident adlandırıb. Bəzi analitiklər bunu ölkədəki mümkün hakimiyyət dəyişikliyinə işarə kimi qiymətləndiriblər. //Oxu.az