Dünyada koronavirusla bağlı SON VƏZİYYƏT

 22:18 24.03.2021     380

Dünyada son bir gündə koronavirusa 461 mindən çox yoluxma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən, bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 461,606 hal qeydə alınıb, COVID-19-dan 8363 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 123,902,242, ölüm hallarının sayı 2,727,837 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 29,592,831 nəfər virusa yoluxub. Daha sonra Braziliya (12,047,526), Hindistan (11,734 058), Rusiya (4,483,471), Böyük Britaniya (4,307,308), Fransa (4,240,732), İtaliya (3,419,616), İspaniya (3,234,319), Türkiyə (3,061,520), Almaniya (2,690,523), Kolumbiya (2,342,278) və Argentina (2,252,172) gəlir.

Vumart və Güvən reklamı Vumart Güvən