Suriyada 10 dinc sakin silahlılar tərəfindən öldürülüb

 22:27 24.03.2021     86

Suriyanın Rami yaşayış məntəqəsində 10 nəfər humanitar yardımı müsadirə etmək istəyən silahlılarla silahlı toqquşmanın qurbanı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Suriyada düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini kontr-admiral Aleksandr Karpov bildirib.

Onun sözlərinə görə, Əd-Dan, Sarmada və Erix yaşayış məntəqələrində 200-dən çox insanın iştirakı ilə etiraz aksiyaları keçrilib. Aksiyanın dağıdılması zamanı təxminən 20 sakin xəsarət alıb.

Karpov qeyd edib ki, İdlib deeskalasiya zonasına humanitar böhranın yaranması əlamətləri müşahidə olunur. //Report