İnstaqramda problem yaranıb

ABŞ-da və bir sıra başqa ölkələrdə İnstaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
Redaktor.az xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı məlumat yayıb.
Nasazlıqdan şikayət edən Amerika istifadəçilərinin 62 %-i xəbər lentinə daxil olmaq problemlərindən şikayət ediblər. Sosial şəbəkə istifadəçilərinin 24 %-i İnstaqrama daxil ola bilməyiblər.
Nasazlıqlardan, həmçinin Böyük Britaniya, Kanada, Niderland və Almaniyadan olan sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Lakin bu ölkələrdən şikayətlər bir qədər azdır. //Report