İtaliyada daha 460 nəfər koronavirusdan ölüb

 00:50 25.03.2021     273

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 21,267 nəfərin yoluxduğu təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 460 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 106,339 nəfərə çatıb. Ölkədə hazırda 561,308 aktiv koronavirus xəstəsi var, onlardan 3588-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3,440,862 nəfərdən 2,773,215 (son sutkada 20,132 nəfər) sağalıb. //APA